reklam
» » Rusiya millisinin futbolçuları həbs edildi

reklam

Rusiya millisinin futbolçuları həbs edildi

Moskvadakı kafelərdən birində dava salan Rusiya millisinin və “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin, “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayev həbs edilib.

Bununla bağlı “Ren” TV mənbəyə istinadla məlumat yayıb.

Telekanal yerli polisin futbolçuların həbs olunması xəbərini təkzib etdiyini bildirib.

Məlumatlara görə, oktyabrın 8-də Kokorin və Mamayev iki davada iştirak edib. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Daha sonra onlar Moskvadakı kafelərdən birinə gedib və orada Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakı və Avtomobil və Avtomotor Mərkəzi elmi tədqiqat institutunun direktoru Sergey Qaysin ilə dalaşıb. Kokorin Paka stulla zərbə endirib.


Paylaş:


Müəllif : Tarix:
9-10-2018, 15:58
  


loading...
Загрузка...