reklam
» » Tanınmış baş məşqçi bir ildə iki klubdan qovularaq tarixə düşüb

reklam

Tanınmış baş məşqçi bir ildə iki klubdan qovularaq tarixə düşüb

“Sautgempton” futbol komandasının baş məşqçisi postundan istefaya göndərilən Mark Hyuz İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Regionxeberleri.com football365.com saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis bir təqvim ilində 2 elita klubundan qovulan ilk baş məşqçi olub. Yanvarın 6-da “Stok Siti”dən göndərilən Hyuz bu gün “Sautgempton”da da eyni aqibətlə üzləşib.

Britaniyalı mütəxəssis hər iki halda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilib. “Sautgempton” 14 turdan sonra 9 xalla düşmə zonasında – 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Mark Hyuz əvəzləməyə ən real namizəd kimi Devid Moyes göstərilir.


Paylaş:


Müəllif : Tarix:
3-12-2018, 17:38
  


loading...
Загрузка...