reklam
» » “Qəbələ” yeni qapıçı aldı

reklam

“Qəbələ” yeni qapıçı aldı

2018/2019 mövsümünün ikinci yarısının hazırlıqlarına dünən start verən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

Regionxeberleri.com Oxu.Az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb.

Son klubu “Zirə” olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

2010-2015-ci illərdə də “Qəbələ”də çıxış etmiş Nəzirov “qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib.

Bunlardan 25-i Premyer Liqa, üçü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da formasını geyinib. O, Premyer Liqada 219 matç keçirib.

Qeyd edək ki, Azərbaycan milli komandasında 2012-ci ildə debüt etmiş Anar Nəzirov əsas yığmada indiyədək dörd matçda meydana çıxıb.


Paylaş:


Müəllif : Tarix:
7-01-2019, 10:39
  




loading...
Загрузка...