reklam
» » “Football Leaks” saytının rəhbəri həbs olunub

reklam

“Football Leaks” saytının rəhbəri həbs olunub

“Football Leaks” layihəsinin təsisçisi Rui Pintu həbs olunub.

Regionxeberleri.com “Sabado” portalına istinadən xəbər verir ki, portuqaliyalı haker Macarıstanın paytaxtı Budapeştdə saxlanılıb. O, Lissabonun “Benfika” klubunun elektron sənədlərini oğurlamaqda ittiham olunur. Bu səbəbdən, Pintunun vətəninə ekstradisiya ediləcəyi bildirilir.

Günahı sübuta yetiriləcəyi təqdirdə, hakerin 10 il müddətinə azadlıqdan mərhumetmə cəzası alması mümkündür.

Qeyd edək ki, Rui Pintu redaksiyası Budapeştdə yerləşən “Football Leaks” nəşrini 2015-ci ildə təsis edib. Bu sayt futbol sektorunda məxfi maliyyə sənədlərini dərc etməklə məşhurlaşıb. Həmin sənədlər arasında FIFA-da korrupsiya hallarının olması da əksini tapıb.


Paylaş:


Müəllif : Tarix:
17-01-2019, 11:00
  




loading...
Загрузка...