reklam
» » Qəbələdə futbol zamanı hakimlərin ehtiyat bayraqları olmayıb

reklam

Qəbələdə futbol zamanı hakimlərin ehtiyat bayraqları olmayıb

Azərbaycan Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” görüşündə meydan sahiblərinin AFFA İntizam Komitəsi tərəfindən cəzalanmasının səbəbinə aydınlıq gəlib.

Regionxeberleri.com Oxu.Az-a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunun hakimlər otağında lazımı inventarlar olmadığına görə meydan sahibi klub 1600 manat məbləğində cərimələnib.

Əldə etdiyimiz məlumata görə, stadionda olmayan həmin inventarlar yan xətt hakimləri üçün nəzərdə tutulmuş ehtiyat bayraqlar imiş. Belə ki, AFFA Hakimlər Komitəsinə avstriyalı Frits Ştuxlik sədr təyin olunandan bəri qaydalar sərtləşdirilib.

Bundan sonra hər stadionda iki ehtiyat qapı (dirək qırılacağı halda), əvəzetmələri və matça əlavə olunmuş dəqiqəni göstərən ehtiyat elektron tablo, azarkeşlər üçün sanitar qovşaqlar olmalıdır. Həmçinin, yan xətt hakimləri üçün ehtiyat üç cüt bayraq stadiona qoyulmalıdır. Lakin Ştuxlik hazırkı reallıqları nəzərə alaraq, meydan sahibi komandaların ehtiyat bir cüt bayraqla təchiz olunmasını tələb edib.

Lakin həmin bir cüt bayraq stadionda olmayıb. Həmin görüşə AFFA nümayəndəsi təyin olunmuş Şaiq Həmidov isə ehtiyat bayraq olmadığını görərək bunu protokola daxil edib. Məhz bu qeyd əsasında “Qəbələ” 1600 manat cərimələnib.


Paylaş:


Müəllif : Tarix:
7-02-2019, 15:52
  




loading...
Загрузка...