X
Azərbaycan millisi Bakıda Almaniya yığmasına böyük hesabla uduzub - YENİLƏNİB + VİDEO » Regionxeberleri.com Azərbaycan millisi Bakıda Almaniya yığmasına böyük hesabla uduzub - YENİLƏNİB + VİDEO » Regionxeberleri.com

reklam
» » Azərbaycan millisi Bakıda Almaniya yığmasına böyük hesabla uduzub - YENİLƏNİB + VİDEO

reklam

Azərbaycan millisi Bakıda Almaniya yığmasına böyük hesabla uduzub - YENİLƏNİB + VİDEO

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirib.
RegionXeberleri.com Report-a istinadla məlumatına görə, C qrupunda V tur matçında rəqib Almaniya yığması olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisindən yeganə qolu 31-ci dəqiqədə Əfran İsmayılovun ötürməsindən sonra Dmitri Nazarov vurub.
Almaniya yığmasının heyətində isə 19-cu və 81-ci dəqiqədə Andre Şürrle, 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes fərqlənib.
Bununla da xallarını 15-ə çatdıran Bundestim qrupda itkisiz liderliyini davam etdirib. 7 xala malik Azərbaycan yığması isə 4-cü pilləyə enib. Buna qrupun paralel keçən görüşündə Çexiyanın səfərdə San-Marinonu 6:0 hesabı ilə darmadağın edərək, xallarını 8-ə çatdırması və 7 xalı olan Şimali İrlandiyanı 3-cü pilləyə endirməsi səbəb olub.
2018-ci il dünya çempionatının seçmə mərhələsi
C qrupu

26 mart
20:00 Azərbaycan - Almaniya - 1:4
Qollar: Dmitri Nazarov, 31 - Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır).
Komissar: Adrian İksari (Moldova)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
21:47
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabı açıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, Andre Şürrle 81-ci dəqiqədə komandasının 4-cü, özünün isə matçda 2-ci  qolunu vurub.
20:55
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabda irəli çıxıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, Mario Qomes 45-ci dəqiqədə topu Azərbaycan yığmasının qapısından keçirib: Azərbaycan – Almaniya - 1:3.
Qeyd edək ki, birinci hissə bu hesabla başa çatıb.
20:40
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda Almaniya yığması yenidən hesabda irəli çıxıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, Tomas Müller 36-cı dəqiqədə topu Azərbaycan yığmasının qapısından keçirib: Azərbaycan – Almaniya - 1:2.
Hazırda birinci hissə davam edir.
20:35
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyunda hesab  bərabərləşib.
Oxu.Az Report-a istinadla xəbər verir ki, Dmitri Nazarov hesabı bərabəırləşdirib.
O, milli komandamızda 6-cı qolunu vurub.
20:26
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununa başlayıb.
Oxu.Az-ın Report-a istinadla məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektivlə Tofiq Bəhramov adına Respublika stadionunda Almaniya yığması arasında oyuna start verilib.
Oyunda hesab açılıb. Almaniya yığmasının oyunçusu Sürrie 19-cu dəqiqədə komandasını hesabda irəli çıxarıb:
Azərbaycan – Almaniya - 0:1


Paylaş:


Müəllif : Tarix:
26-03-2017, 23:58
  


loading...