reklam
» » Bakının mərkəzində mənzillər kəskin ucuzlaşdı

reklam

Bakının mərkəzində mənzillər kəskin ucuzlaşdı

Yaxın aylarda Azərbaycanda jurnalistlərə növbəti dəfə mənzillər veriləcək. Artıq jurnalistlər üçün tikilmiş bina hazırdır və müraciətlər başlayıb.
 
Maraqlıdır, şəhid övladı olan jurnalistlərə hansısa üstünlüklər veriləcəkmi?
 
Bununla bağlı 10may.az saytının sualını mia.az saytının redaktoru , şəhid övladı Zaur Əhməd cavablandırır:” Azərbaycanda əhalinin həssas qrupu sayılan ailələrə qarşı dövlət səviyyəsində qayğı göstərilir.
 
Təbii ki, şəhid ailələrinə qarşı da xüsusi yanaşma var. Onlara mənzillə təminatı və digər yardımlar edilir. Bildiyim qədər media nümayəndələri arasında da şəhid ailələrinin nümayəndələri var. Amma şəhid ailəsinin nümayəndəsi olduğuna görə mediada kimlərəsə hər hansı bir ayrıcalıq tanındığının şahidi olmamışam. Mən bir şəhid övladı kimi kimdənsə nəsə ummuram. Bu barədə mənim yanaşmam fərqlidir. Bu günə qədər şəhid ailələrinin problemləri ilə bağlı dəfələrlə yazılarım olub. Aidiyyatı qurumlara, ayrı-ayrı vəzifəli şəxslərə müraciətlərim olub, amma fərdi qaydada yox.
 
Əsas istəyim ümumilikdə şəhid ailəsinə yanaşmanın dəyişməsidir. Prezident İlham Əliyev şəhidlərə və onların ailələrinə hər zaman xüsusi diqqət göstərib. Bunu aprel döyüşləri və ondan sonrakı dönəmlərdə də gördük. Təəssüf ki, bəzi məmurlar bu missiyanı mövsümi qaydada həyata keçirirlər. Mən hər zaman tək öz ailəmi deyil, ümumilikdə şəhid ailələrinə diqqət və qayğının vacibliyini vurğulamışam. Hesab edirəm ki, şəhid ailəsi hər hansı bir probleminin həlli üçün hansısa dövlət qurumunun qapısına getməməlidir. Şəhid ailəsinin ehtiyacları dövlət qurumları tərəfindən öyrənilməlidir.
 
Yəni, aidiyyatı qurumların nümayəndələrinin bu cür araşdırma aparması elə də çətin iş deyil. Şəxsən mən hər hansı bir məsələ ilə bağlı dövlət qurumuna getməyi özümə rəva bilmirəm. Şəhid övladı olduğum üçün onun müqabilində mənə nəsə verilməyini istəmək mənim dəyərlərimə ziddir. Çünki dəfələrlə şahidi olmuşuq ki, ayrı-ayrı məmurlar şəhid ailəsinə layiq olmayan münasibət göstərirlər, hətta bəzi hallarda təhqir də edirlər.
 
Təbii ki, belə bir mənzərə ilə qarşılaşmamaq üçün bu günə kimi hansısa qurumdan şəhid ailəsi kimi nəsə tələb etməmişəm. Mən özüm də evsiz jurnalistlər siyahısındayam. Ötən dəfə də müraciət etmişdim, amma nəticə olmamışdı. Bu dəfə də müraciət edəcəyəm, amma «şəhid övladıyam mənə ev verin» deyə bilmərəm.
 
Bunu əsas götürərək minnətiçi düşən də deyiləm. Yenə də deyirəm ki, dövlət şəhid ailəsinə haqqı olanı vermək üçün müraciət gözləməməlidir. İki ay sonra jurnalistlərə mənzillər paylanacaq. Odur ki, kimin ehtiyacı var, kimin haqqı var, həmin həmkarlarımıza evin verilməsini istəyirəm”.


Paylaş:


Müəllif : Tarix:
25-05-2017, 12:56
  


loading...
Загрузка...