X
Dollarla krediti olanlara şad xəbər - Banklar güzəştə gedir » Regionxeberleri.com Dollarla krediti olanlara şad xəbər - Banklar güzəştə gedir » Regionxeberleri.com

reklam
» » Dollarla krediti olanlara şad xəbər - Banklar güzəştə gedir

reklam

Dollarla krediti olanlara şad xəbər - Banklar güzəştə gedir

Hazırda ölkədə dollarla olan problemli kreditlərin həcmi getdikcə artır

Xarici valyuta ilə kredit verən banlkarın əksəriyyəti müştərilərə güzəştə getmək istəmir. Həm milli valyutanın ucuzlaşması, həm də ödənilməyən kreditlərin üzərinə gələn faizlər borclunun həcminin böyüməsinə səbəb olur. Buna görə də kreditin ödənilməsi getdikcə daha da çətinləşir.

Problemli dollar krediti ilə bağlı bəzi banklar artıq güzəşt paketləri təklif edir.

Belə ki həmin banklar dollarla olan krediti nəğd və ya hissə hissə ödəyən müştərilərə dolları hazırkı kursla deyil 1manat 30 qəpiklə hesablayır. Bu tətbiq əksəriyyət müştəriləri qane edib.

Qaynarinfo.Az dollarla olan kreditlərə güzəştlə bağlı banklar arasında sorğu keçirib.

Məsələilə bağlı açıqlama verən "Dəmir Bank"ın marketinq üzrə meneceri Leyla xanım bildirib ki, onlarda dollarla olan kreditlərin qaytarılması üçün müəyyən güzəştlər təklif olunur:

"Ödəniş qabiliyyətindən asılı olaraq dollaraın kursu 1manat 40 qəpik və daha aşağı məzənnə ilə hesablanır. Hər bir müştəriyə individual yanaşmadır. Dollarla olan kreditlər nəğd və hissə-hissə də ödənildikdə güzəşt paketləri təklif olunur. Bizdə güzəşt paketləri müxtəlifdir və müştərilər də istəyinə uyğun olanı seçir. Bu güzəşt paketləri bizim bankın öz qərarıdır".

Mövzu ilə bağlı danışan "Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri Pərviz Kamal deyib ki, bizdə kreditlərin hamsı manatladır:

"İndi də 20 min manata qədər nəğd pul şəklində manatla kredit veririk. Həm devalvasiyadan öncə, həm də sonra biz krediti milli valyuta ilə vermişik. Buna görə də dollarla olan problemli kredit yoxdur".

"Nikoil Bank"ın marketinq departamentinin rəhbəri Rəşad Cümşüdov qeyd edib ki, birinci və ikinci devalvasiyadan sonra bizdə bir sıra güzəştlər tətbiq olunmağa başladı:

"Müştəriləri dəvət edib, faiz dərəcələrinin aşağı salınması, vaxtın uzadılması təklifini etdik. Bundan başqa devalvasiyadan öncə müştəri 200 manat ödəyirdisə, biz vaxtı uzatmaqla ödənişi yenə həmin civara çatdırdıq ki, onun aylıq gəlirinə təsir etməsin. Biznes kreditləri üzrə isə geniş bir aksiyamız oldu. Bu aksiya çərçivəsində kreditləri 1 manat 30 qəpiklə dərhal bağlamağı təklif etdik. Bundan da kifayət qədər müştərimiz faydalandı. Bu günə qədər də tətbiq olunan güzəştlər var. Bunların içərisində valyutanın manata çevrilməsi, müddətin uzadılması və faiz dərəcələrinin azaldılması təklifləri qüvvədə qalır".


Paylaş:


Müəllif : Tarix:
24-01-2017, 15:05
  


loading...