reklam
» » Azərbaycanda kredit faizləri aşağı düşüb

reklam

Azərbaycanda kredit faizləri aşağı düşüb

Bu ilin aprel ayında manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi mart ayı ilə müqayisədə 0,18 faiz bəndi artaraq illik 7,00% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi isə 0,22 faiz bəndi azalaraq 3,88%-ə enib.

Regionxeberleri.com xəbər verir ki, bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

O cümlədən fiziki şəxslərin manatla əmanətləri üzrə orta faiz 0,23 faiz bəndi artaraq 11,04%, xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 0,33% azalaraq 4,55% olub.

Kommersiya bankları tərəfindən aprel ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq illik 12,26% və 8,43% təşkil edib.

Xatırladaq ki, aprelin 1-nə bu göstəricilər manatda 12,31%, xarici valyutada isə 8,69% olub.

O cümlədən aprel ayında fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 0,04 faiz bəndi azalaraq 15,76%, xarici valyuta ilə verilən kreditlər üzrə 0,32 faiz bəndi azalaraq mayın 1-nə 16,40% təşkil edib.


Paylaş:


Müəllif : Tarix:
10-06-2017, 12:36
  


loading...
Загрузка...