reklam
» » Vahid Əhmədovdan daşınmaz əmlak bazarı ilə bağlı — nikbin PROQNOZ

Vahid Əhmədovdan daşınmaz əmlak bazarı ilə bağlı — nikbin PROQNOZ

“Baş verən maliyyə böhranı Azərbaycanda daşınmaz əmlak bazarında müəyyən canlanma yarada bilər”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, insanlar yastıq altında saxladığı vəsaitləri daha çox daşınmaz əmlaka sərf etməyə maraqlıdır:

“Mən vaxtilə də demişdim ki, manatın devalvasiyası daşınmaz əmlak bazarında da canlanmaya səbəb olacaq. Çünki insanlar öz vəsaitlərini daşınmaz əmlaka yatırırlar. Ən etibarlı və sərfəli daşınmaz əmlakdır. Nə qədər dollar bahalaşsa da, manat ucuzlaşsa da, ancaq daşınmaz əmlak öz dəyərini saxlayır. İnsanlar manatın ucuzlaşdığını görüb daşınmaz əmlak almağa başlayıblar”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin verdiyi bir sıra göstəriş və qərarlar da daşınmaz əmlak bazarında canlanmaya müsbət təsir göstərib:

“Ölkə başçısı daşınmaz əmlak və sosial evlərin inşası ilə əlaqədar sərəncamlar verib, bu sahədə xüsusi xidmət yaradılıb. Bütün bunlar da əmlak bazarına öz təsirini göstərib. İnsanlar yastığın altında pul saxlamaqdansa, daşınmaz əmlaka yatırmağı daha sərfəli bilirlər”.

V.Əhmədov vurğulayıb ki, 2017-ci ilin birinci yarım ilində daşınmaz əmlak sahəsində müəyyən sabitlik gözlənilsə də, ancaq ikinci yarım ildə müəyyən canlanma müşahidə olunacaq:

“Ancaq bütün bunlar valyuta bazarında gedən proseslərdən, neftin qiymətindən, dolların və manatın dövriyyəsindən və sairə asılıdır. İndi dəqiq deyə bilmərəm ki, 2017-ci ildə mənzil bazarında canlanma yüksək səviyyədə olacaq. Ancaq dünyada gedən böhran bütün ölkələrdə tikinti sektoruna diqqəti artırıb. Hazırda Azərbaycanda da tikinti sektoruna diqqət artırılır. Fikir versəniz, görərsiz ki, yerli icra hakimiyyəti orqanları biznesmenlərlə danışıqlar apararaq, binalar inşa etdirməyə başlayıb. Eyni zamanda, sosial layihələr həyata keçirilir. Təbii ki, bütün bunlar tikinti bazarına öz təsirini göstərəcək”.


Paylaş:


Müəllif : Tarix:
26-01-2017, 09:31
  
loading...