reklam
» » Azərbaycan “gizli iqtisadiyyatın” həcminə görə ilk yerdə – 67% və ya 40 milyard

reklam

Azərbaycan “gizli iqtisadiyyatın” həcminə görə ilk yerdə – 67% və ya 40 milyard

Azərbaycan “kölgə iqtisadiyyatının” ən yüksək olduğu ölkələr içərisində 1-ci yeri tutur. 2016-cı il üzrə dünyada “gizli iqtisadiyyatın” həcminə dair beynəlxalq hesabatda belə göstərilir.
Hesabat 28 ölkəni əhatə edən tədqiqat əsasında hazırlanıb. RBK-nın əldə edərək yaydığı hesabata görə, Azərbaycanda “gizli iqtisadiyyatın” həcmi 2016-cı ildə Ümumi Daxili Məhsulun (ÜDM) 67%-ni təşkil edib. Bu isə milli valyuta ilə ifadədə 40 milyard deməkdir. Belə ki, 2016-cı ildə Azərbaycanın ÜDM-i 60 milyard manat olub. Başqa sözlə, təkcə ötən il 40 milyard manat ölkə iqtisadiyyatından gizlədilib.

Reytinq siyahısında ilk beşlik Nigeriya (ÜDM-in 48%-i), Ukrayna (46%), Rusiya (39%) və Şri-Lanka (38%) ilə tamamlanır.

2016-cı ildə “kölgə iqtisadiyyatının” ən aşağı göstəricisi ABŞ-da (7,8%), Yaponiyada (10%) və Çində (10,2%) qeydə alınıb.

Qlobal ÜDM-də isə kölgə iqtisadiyyatının payı ötən il 22,66% olub. 2017-ci ildə bu göstəricinin 22,5%-ə qədər azalacağı gözlənilir.



Paylaş:


Müəllif : Tarix:
1-07-2017, 13:04
  


loading...
Загрузка...