reklam
» » Vaxtıkeçmiş kreditlərin həcmi açıqlandı

reklam

Vaxtıkeçmiş kreditlərin həcmi açıqlandı

Mərkəzi Bankın məlumatına görə, 2016-cı il dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 8,9 faizi isə ödəmə vaxtı keçmiş kreditlərin payına düşür.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ümumi kredit portfelinin 12824,5 milyon manatı və ya 78,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,9 faizi dövlət, 62,2 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.


Paylaş:


Müəllif : Tarix:
29-01-2017, 21:20
  


loading...
Загрузка...