X
Kərə yağının qiymətini kim qaldırır? - 2 ayda 2 dəfə artım » Regionxeberleri.com Kərə yağının qiymətini kim qaldırır? - 2 ayda 2 dəfə artım » Regionxeberleri.com

reklam
» » Kərə yağının qiymətini kim qaldırır? - 2 ayda 2 dəfə artım

reklam

Kərə yağının qiymətini kim qaldırır? - 2 ayda 2 dəfə artım

Yerli süd idxalının azalması, xüsusilə də, dünya istehlak bazarında yağın satış qiymətinin bahalaşması kərə yağının qiymət artımına səbəb olub. Tranzit şirkətlərdən “Qafqazinfo”ya verilən məlumata görə, son bir neçə ayda həm “Ankor”, həm də “Zellandiya” yağlarının topdan satış qiymətlərində mərhələli şəkildə 3 manat artım olub.

Belə ki, “Ankor” kərə yağının topdan satış qiyməti 2 ay əvvəl 12,90 AZN, ötən ay 14,90 AZN olduğu halda hazırda 15,90 AZN-ə bazara çıxarılır.

Analoji hadisə “Zellandiya” yağlarında da müşahidə olunur. Kərə yağının topdan satış qiyməti 2 ay əvvəl 12,30 AZN, ötən ay 14,30 AZN, hazırda isə 15,30 AZN-dir.

Nəzərə alsaq ki, ölkənin istehlak bazarında kərə yağı təminatının böyük hissəsini idxal məhsulları tutur, bu zaman alıcılar üçün bu qiymət artımının ciddi rəqəmlər olduğunu görə bilərik.

“Araz” Supermarketlər şəbəkəsinin PR meneceri Elvin Babayev bildirib ki, şirkətin idxal etdiyi və yalnız öz supermarket şəbəkələrində satılan kərə yağlarının qiymətində son bir ayda heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadçı-ekspert Elşad Məmmədov məsələni şərh edən zaman son dövrlərdə heyvandarlıqla bağlı problemlər müşahidə olunduğunu vurğulayıb. Bunun nəticəsidir ki, ət və süd məhsullarının qiymətində artım müşahidə olunur:

“Ümumiyyətlə, rayonlarda əkin sahələrinin genişləndirilməsi heyvanlar üçün otlaq sahələrinin məhdudlaşmasına gətirib çıxarır. Bu, məsələnin bir tərəfi. Digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycanda istehsal olunan məhsuların böyük hissəsinin qiymətinin formalaşmasında idxalın həlledici dərəcədə yeri var. Sadəcə ölkədə qablaşdırılması hələ o demək deyil ki, bu, yerli məhsuldur. Çünki məhsulun əmələgəlməsində idxalın rolu böyükdürsə, qiymətlərin dəyişməsi də dünya bazarından birbaşa asılı olacaq.

İdxaldan asılılıq isə ölkə iqtisadiyyatının ən böyük problemlərindən biridir. Hətta ölkədə istehsal olunan südə qatılan paraşoklar belə xarici istehsaldır. Bunların hamısı da qiymətlərdə öz təsirini göstərir”.


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 16:05
  


loading...