» » Apteklərdə eyni dərmanlar müxtəlif qiymətlərə satılır – VİDEO

Apteklərdə eyni dərmanlar müxtəlif qiymətlərə satılır – VİDEO

Qiyməti Tarif Şurası tərəfindən tənzimlənən dərmanın qiyməti apteklərdən birində 20 manat baha qiymətə satılır.

Regionxeberleri.com Oxu.Az - a istinadən xəbər verir ki, vətəndaşların mürəciətindən məlum olur ki, belə hallar xəstəxanaların yaxınlığında yerləşən apteklərdə daha çox müşahidə olunur.

Dərmanın dövlət tərəfindən tənzimlənən qiyməti başqadır, ancaq aptekin satdığı qiymət tam başqa. Özü də belə hallara daha çox xəstəxanalara ən yaxın olan apteklərdə rast gəlinir.

"XəzərXəbər” kiçik araşdırması zamanı bunu təsdiq edən çox maraqlı fakt aşkar edib.

Təkcə bir dərmanın - Immonqlobulin antistafilakokun qiymətini adi müştəri kimi bir neçə aptekdən soruşduq. Tarif Şurasının qərarına əsasən, pərakəndə satış qiyməti 32 manat 6 qəpik müəyyən edilən dərmanın apteklərdə adətən 33 manat 95 qəpiyə satıldığını gördük. Ancaq müştəri kimi Yasamal rayonunda Bəsti Bağırova küçəsində yerləşən bir aptekə daxil olduqda dərmanın 53 manat 40 qəpiyə satıldığını dedilər.

İkinci dəfə aptekə daxil olaraq qiymətin təyin olunandan 20 manat daha baha olmasının səbəbini soruşduq.

Dərmanın dövlət qoyan qiymətdən 20 manat baha satılmasından əlavə, daha maraqlı bir məqam bundan ibarətdir ki, həmin aptek Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun qarşısında yerləşir. Vətəndaşlar da xəstəxanaların qarşısındakı apteklərin dərmanları daha baha qiymətə satdıqlarını deyirlər.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, aptek sahibi tərəfindən atılan bu addım inzibati qaydada məsuliyyət yaradır və bunu edən vəzifəli şəxslər 1000-1500, hüquqi şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilərlər.

Qiymətləri tənzimlənməyən dərmanların satışında isə belə hallara daha çox rast gəlinir. Doğrudur, bu, hər hansı bir hüquqi məsuliyyət yaratmır. Amma hüquqi normalara sığsa da, əxlaqi və mənəvi normalara sığmır. Çünki söhbət xəstələrin əlacsız qalıb aldığı dərmandan gedir. Hər hansı bir başqa məhsuldan yox.


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 09:52
  
loading...