reklam
» » Bankların öhdəlikləri aktivləri ilə bərabərləşir

reklam

Bankların öhdəlikləri aktivləri ilə bərabərləşir

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 31 dekabr 2016-cı il tarixinə olan icmal göstəricilərini açıqlayıb.

Palataya istinadən xəbər veririk ki, yerli 32 kommersiya bankının cəmi aktivləri 31 439,5 mln. manat, o cümlədən cəmi öhdəlikləri 29,530,7 mln. manat, balans kapitalı isə 1 908,8 mln. manat təşkil edib. Dekabrda bankların aktivləri 1,35% azalıb.

Bu il yanvarın 1-nə bankların kredit portfeli 15 938,3 mln. manat təşkil edib. Bu isə ötən il dekabrın 1-i ilə müqayisədə 1,06% çoxdur.

2016-cı ilin sonuncu ayında bankların depozit portfeli 2,84% azalaraq 16,41 mlrd. manat, təşkil edib. Portfelin 7 432,1 mln. manatı və yaxud 45,3%-i fiziki şəxslərin depozitləridir. Bunun isə 5 671,1 mln. manatı və yaxud 76,3%-i müddətli, 1 760,9 mln. manatı və yaxud 23,7%-i isə tələbli depozitlərdir. Ay ərzində fiziki şəxslərin depozitlərində 2%, o cümlədən fiziki şəxslərin müddətli depozitlərində 1% azalma qeydə alınıb.

Azərbaycandakı banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Azərbaycan banklarının filiallarının sayı 569, şöbələrinin sayı 131, bankomatlarının sayı 2 461-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfərdir.




Paylaş:


Müəllif : Tarix:
4-02-2017, 13:26
  


loading...
Загрузка...