» » Daha bir məşhur şirkət Bakını tərk edir

Daha bir məşhur şirkət Bakını tərk edir

"Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir.

APA-nın xəbərinə görə, bu bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Nümayəndəlik cari ilin sentyabr ayının 15-dən ləğv olunacaq.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.


Paylaş:


Müəllif : Tarix:
13-09-2017, 09:21
  
loading...