reklam
» » Milyarderdən möhtəşəm layihə – VİDEO

reklam

Milyarderdən möhtəşəm layihə – VİDEO

Beynəlxalq Astronavtika Konqressində çıxışı zamanı Elon Musk, Ay və Mars barəsində planlarını açıqladı. Lakin ən maraqlı ideyasını o, çıxışının sonuna saxladı.

Onun yeni ideyası, Yer kürəsi ilə bağlıdır. Belə ki, Musk, öz plaentlərarası raket sistemini, şəhərlər arasındakı uçuşlarda istifadə etmək niyyətindədir. Bu üsul ilə sərnişinlər, Yer kürəsinin istənilən nöqtəsinə olan ən uzun uçuşları, 30 dəqiqə ərzində reallaşdıra biləcəklər. Bunun üçün Musk, “SpaceX”in ən böyük raketi olan Big Falcon Rocket-dən  istifadəni təklif edib. Bu raket, böyük kosmik gəmini, Yer kürəsinin orbitinə çatdıracaq.

Daha sonra isə həmin kosmik gəmi, böyük şəhərlərin yanında olacaq su platformalarına eniş edəcək. Yeni raket və yeni kosmik gəmi layihəsi artıq hazırlanma mərhələsindədir. Musk, hər iki obyektin tikintisinə növbəti 6-9 ay çərçivəsində başlamağı planlaşdırır. “SpaceX” tərəfindən təqdim olunmuş videoda sözügedən ideya əks olunub.

  

Həmin videoda sərnişinləri ilk öncə raketin Nyu Yorkdakı su üzərində olan start uçuş platformasına göndərirlər. Daha sonra sərnişinlər, raketə minirlər. Qeyd etmək lazımdır ki, həmin raket sayəsində Musk, 2024-cü ildə insanları Marsa göndərməyi planlaşdırır. Sərnişinlər raketə mindikdən sonra digər planetə yollanmaq əvəzinə, kosmik gəmi, Yer kürəsinin atmosferini tərk edərək raketdən ayrılır və Şanxay şəhərinə eniş edir. 39 dəqiqə və 11.000 km sonra kosmik gəmi yenidən atmosferə qayıdır və daha sonra digər şəhərdə eniş edir.

Videoda, Honkonq-Sinqapur (22 dəqiqə), London-Dubay və ya Nyu York (29 dəqiqə) və Los Anceles-Toronto (24 dəqiqə) marşrutları əks olunub. Reallaşacağı halda bu, insanlıq tərəfindən yaradılmış ən sürətli uçuş növü olacaq. Musk-ın sözlərinə əsasən kosmik gəmi, saatda 30.000 km sürət yığa biləcək.

Və əgər bu, Aya və Marsa göndərilməsi planlaşdırılan kosmik gəmi olsa, onda o, bir uçuşa 80-200 nəfər sərnişin daşıya bilər. Lakin bu cür uçuş zamanı adi insanların keçirdəcəkləri narahatlıqlar sual altında qalır. Belə ki, burda insan orqanizminə olan yüksək yüklənməni, çəkisizliyi və digər faktorları nəzərə almaq laızmdır. Digər tərəfdən bir çoxları uşaqlıqda kosmonavt olmaq arzusu ilə yaşayıb və Musk onların bu arzularını adi aviabilet qiymətinə reallaşdırmağa çalışır. /”Technote”


Paylaş:


Müəllif : Tarix:
30-09-2017, 16:55
  


loading...
Загрузка...