reklam
» » Bu malların qiyməti bahalaşıb... - SİYAHI

reklam

Bu malların qiyməti bahalaşıb... - SİYAHI

Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz bahalaşıb.

Regionxeberleri.com bildirir ki, bunu Metbuat.az-a açıqlamasında Dövlət Statistika Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov deyib:
“Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşıb”.

Qurum rəsmisinin sözlərinə görə, ay ərzində mal və qoyun ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, kərə və zeytun yağlarının, albalının, gilasın, əriyin, qarpızın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, göy lobyanın, çuğundurun, sarımsağın, qəhvə və çayın qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq əti və yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, almanın, armudun, alçanın, şaftalının, üzümün, badımcanın, bibərin, yerkökünün, kartofun, soğanın, şəkər və şəkər tozunun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Paylaş:


Müəllif : Tarix:
2-10-2017, 12:05
  


loading...
Загрузка...