"Azərsu" Azərbaycan Beynəlxalq Bankından 240 mln. manat cəlb edib » Regionxeberleri.com "Azərsu" Azərbaycan Beynəlxalq Bankından 240 mln. manat cəlb edib » Regionxeberleri.com

reklam
» » "Azərsu" Azərbaycan Beynəlxalq Bankından 240 mln. manat cəlb edib

reklam

"Azərsu" Azərbaycan Beynəlxalq Bankından 240 mln. manat cəlb edib

2016-cı ilin noyabr ayının 29-da "Azərsu" ASC Maliyyə Nazirliyindən 17 mln. 382 min dollar (30,778 mln. manat) və 11 mln. 943 min manat məbləğlərində iki faizsiz kredit alıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında qeyd edilib.

Sənəddə vurğulanıb ki, kreditlərin geri qaytarılması ildə iki dəfə 8 bərabər hissə olmaqla 2024-cü ildən başlayaraq 2027-ci ilin dekabr ayında başa çatacaq.

Bundan başqa, ötən il iyulun 15-də qurum Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə 239 mln. 720 min manat məbləğində dövlət zəmanəti əsasında kredit razılaşmasını imzalayıb. Ötən il dekabrın 31-də "Azərsu" ASC cari infrastruktur layihələrinin maliyyələşməsi üçün bu kreditin tam məbləğində vəsait yönəldib. Kredit razılaşması əsasında faiz dərəcəsi illik 1% təşkil edib.


Paylaş:


Müəllif : Tarix:
3-10-2017, 17:52
  


loading...