reklam
» » "Azərbaycanda bəzi banklar BAĞLANACAQ" - İLİN SONUNA QƏDƏR...

reklam

"Azərbaycanda bəzi banklar BAĞLANACAQ" - İLİN SONUNA QƏDƏR...

“İlin sonuna qədər məzənnədə heç bir dəyişiklik olmasa belə, bir neçə bankın bağlanması mümkündür”.

Regionxeberleri.com bildirir ki, bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, problemli kreditlərin həcmi sürətlə artır:
“Bəzi banklarda problemli kreditlər hətta kredit portvelinin yarıya qədərini təşkil edir. Banklar verdikləri kreditləri vaxtlı-vaxtında toplaya bilmədikləri üçün insanların depozitlərini qaytara bilmirlər. Həmçinin, kommersiya banklarının xaricə 3.7 milyard dollara yaxın borcu var. O borcların vaxtlı-vaxtında ödənilməsində də problemlər yaşanır. Bütün bunları nəzərə aldığımız zaman, hətta valyutanın məzənnəsində dəyişiklik olmasa belə, ilin sonuna qədər bir sıra bankların vəziyyətinin ağırlaşacağını ehtimal etmək mümkündür”.

İqtisadçı əlavə edib ki, bankların böyük problemləri var:

“Banklar nə köhnə verdiklərini toplaya bilir, nə də yeni kredit xətləri aça bilirlər. Bu da bankların qazanclarını xeyli dərəcdə aşağı salır. Rəsmi rəqəmlər belə bunu sübut edir. Keçən ilin ilk 9 ayına nisbətən, bu ilin 9 ayında bank sektorunda kreditlərin verilməsi 4 milyard manat azalıb. Bu da çox ciddi azalmadır”.

Natiq Cəfərli vurğulayıb ki, dollar bahalaşsa, bankların vəziyyəti daha da ağırlaşacaq:

“Hətta, valyuta ilə bağlı dəyişiklik olmasa belə, bir neçə bankın bağlanması gündəmə gələcək. Valyutanın məzənnəsində gəlincə, bu, həm dünyada gedən proseslər, həm də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Çox güman ki, FED faizi artıracaq. Faiz artımı dünyada dolların bahalaşması ilə paralel gedəcək”.


Paylaş:


Müəllif : Tarix:
11-10-2017, 15:30
  


loading...
Загрузка...