reklam
» » Banklar gücləndirilmiş iş rejimində çalışacaq - Bakıda keçirilən ticarət festivalı ilə əlaqədar

reklam

Banklar gücləndirilmiş iş rejimində çalışacaq - Bakıda keçirilən ticarət festivalı ilə əlaqədar

Bakı Ticarət Festivalı (“Shopping festival”) ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabrın 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

MBNP-dən “APA-Economics”ə verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər.

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində – www.fimsa.az saytında yerləşdirilib.


Paylaş:


Müəllif : Tarix:
14-10-2017, 20:55
  


loading...
Загрузка...