Azərbaycanda iki iri bank birləşir
Yaxın saatlarda “AFB Bank” və “Bank of Baku”nun səhmdarlarının bu bankların birləşməsi barədə qərar qəbul edəcəyi gözlənilir.
Regionxeberleri.com xəbər verir ki, fed.az-ın bank sektorundan əldə etdiyi məlumata görə, birləşmənin səbəbi “Bank of Baku”nun maliyyə vəziyyətinin pis olması və bankın kapitalının tələbə cavab verməməsidir.
Belə ki, 2017-ci ilin əvvəlindən indiyədək bankın kapitalı 44,4% azalaraq, ilk 9 ayın nəticələrinə görə, 40,5 mln. manata enib. Bu da banklar üçün nəzərdə tutulan tələb həddindən (50 milyon manat) azdır. Maliyyə Bazarlarına Nəzarət Palatası bankın səhmdarlarından kapital tələbini yerinə yetirməyi tələb edir, ikinci yol isə bankın digər banka birləşdirilməsidir.
Bu dövrdə bankın digər əsas göstəricilərində də azalma müşahidə edilir. “Bank of Baku” 2017-ci ilin ilk 9 ayını 31,8 milyon manat xalis zərərlə başa vurub. Bankın aktivləri 21,1%, kredit portfeli 22% azalıb.
Palatanın tələblərini nəzərə alan bankın təsisçiləri konsolidasiya qərarı veriblər. Bu məsələ “Bank of Baku”ya təsisçiləri baxımından daha yaxın olan "AFB Bank"la müzakirə edilir. Birləşmə barədə qərarın bu həftənin sonunadək, yəni yaxın saatlarda verilməsi gözlənilir.
Paylaş:
Müəllif : Jurnalist
Tarix:3-11-2017, 17:20
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Jurnalist
Tarix:3-11-2017, 17:20

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:19
Bu gün, 13:08
Bu gün, 11:56
Bu gün, 00:55
Bu gün, 00:17
Dünən, 21:50
16-02-2019, 14:25
16-02-2019, 14:15
16-02-2019, 14:09

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT

Vətəndaş Mərkəzi Klinika Gəncə Xəstəxanasından gileylənir - Artıq pulumu alıblar + VİDEO

Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda

AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?

AGENTLİK RƏHBƏRİNİN XARİCDƏKİ BÖYÜK BİZNESİ… - Slovakiya, Ukrayna və Türkiyədəki obyektləri + FOTOLAR
Saytı bəyənirsinizmi?