reklam
» » "BakuBus" gediş haqlarını qaldıracaq? - Qurum açıqlama verdi

reklam

"BakuBus" gediş haqlarını qaldıracaq? - Qurum açıqlama verdi

Bəzi xəbər saytlarında 13 yanvar 2018-ci il tarixində "BakuBus" avtobuslarının fəaliyyət göstərəcəyi avtobuslarda gediş haqqının qaldırılacağı haqqında yalnış məlumatlar yer alıb.

Regionxeberleri.com AzVision.az - a istinadən xəbər verir ki, bunu “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib. "BakuBus" rəsmisi xatırladıb ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir.

"Gediş haqqının müəyyən edilməsi "BakuBus" MMC-nin səlahiyyətlərinə daxil deyil. Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi marşrut xəttinin uzunluğundan (Burada sərnişinin gedəcəyi məsafə nəzərdə tutulmur) asılı olaraq dəyişir.

Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 q.- dir. Yanvarın 13-dən etibarən “BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib"-deyə M.Piriyev vurğulayıb.


Paylaş:


Müəllif : Tarix:
11-01-2018, 17:20
  
loading...