reklam
» » “Air Arabiya” Qəbələyə uçuşlar təşkil edəcək

reklam

“Air Arabiya” Qəbələyə uçuşlar təşkil edəcək

 
Birləşmiş Ərəb Əmirliklərinin aşağı büdcəli «Air Arabia» aviaşirkəti MDB ölkələrindəki marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir. Aviaşirkət bu il iyunun 27-dən Şarcə Əmirliyindən Qəbələyə uçuşlar həyata keçirəcək.

“Arabian Business” nəşri xəbər verir ki, «Air Arabia» şirkətinin Bakıya hər gün reysləri olur. Qəbələyə reyslər yay mövsümündə bazar ertəsi, çərşənbə və cümə günləri təşkil ediləcək. Respublikamızın tarixi mərkəzinə səyahətə tələbatın yüksək olacağı gözlənilir.

Hazırda «Air Arabia» Yaxın Şərq və Şimali Afrikadakı beş mərkəzdən Rusiya və MDB ölkələri də daxil olmaqla, bir çox istiqamətlərdə 113 reys həyata keçirir.


Paylaş:


Müəllif : Tarix:
21-01-2018, 23:38
  


loading...
Загрузка...