reklam
» » KTMT ölkələri Azərbaycana silah ixrac edirlər – İrəvanın “çax-çux”u öz başını ağrıdır

reklam

KTMT ölkələri Azərbaycana silah ixrac edirlər – İrəvanın “çax-çux”u öz başını ağrıdır

Belarusun Azərbaycana “Polonez” raket sistemlərini göndərməsinə dair razılaşma Ermənistanda ciddi narahatlıq doğurub.

Yenicag.ru-nun məlumatına görə, Azərbaycanla Belarus arasında əldə edilmiş “Polonez” anlaşması Ermənistan mediası və ekspertlərinin əsas müzakirə mövzusuna çevrilib.

Bu razılaşmanın Ermənistanda yaratdığı təşviş o həddə çatıb ki, İrəvan diplomatik kanallarla Minskə üz tutaraq, Azərbaycana “Polonez” raketlərinin göndərilməsindən imtina olunmasını xahiş edib.

Belaruslu hərbi ekspert Aleksandr Alesin isə bildirib ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) birlikdə təmsil olunduğu Ermənistanın etirazına görə Azərbaycana “Polonez” raketlərini satmayıb.

Ancaq həmin Alesin bir müddət əvvəl bəyan etmişdi ki, Belarus Azərbaycana “Polonez” raketlərini sata bilər və hətta bu təklifin Azərbaycan müdafiə naziri Zakir Həsənovun ötən ilin oktyabrında Minskdə prezident Aleksandr Lukaşenko ilə görüşündə irəli sürülməsi ehtimalının da ciddi olduğunu vurğulamışdı.

Qeyd edək ki, “Polonez” raketləri 200 kilometr məsafədəki hədəfi məhv edə bilir və Azərbaycanın o sistemi alması Rusiyanın Ermənistana “İsgəndər” raketlərini verməsindən sonra hərbi-siyasi balansın bərpa olunması məqsədindən irəli gəlir.

O baxımdan, adıçəkilən belarus ekspertinin bu versiyanın reallıq dərəcəsini müəyyənləşdirməyə ehtiyac yaranır. Yəni KTMT üzvü olan bir dövlətin həmin qurumda təmsil olunan başqa bir ölkənin hərbi ticarətinə təsir göstərə bilərmi? Azərbaycanla Belarus arasında əldə edilmiş “Polonez” anlaşması doğrudanmı, ləğv edilib?

Bu barədə fikirlərini bildirən Moskva Ən Yeni Dövlətlər İnstitutunun direktoru Aleksey Martınovun sözlərinə görə, KTMT ölkələri arasında belə bir “çəkindirici” mexanizmin olduğuna əmin deyil. Ancaq o, belə düşünür ki, əgər bu barədə əks fikirlər səslənirsə, deməli, bunun üçün əsaslar var.

Martınov Rusiyanın Azərbaycana silah və texnika satmasını xatırladaraq, bu addımın “hərbi paritetin qorunması” məqsədi daşıdığını deyib.

Moskva Hərbi və Siyasi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçixin də KTMT daxilində bir ölkənin digərinə silah satışını əngəlləmək mexanizminin olmadığını bildirib:

“Bu barədə heç nə eşitməmişəm. Məhz Belarus bu günə qədər Azərbaycana xeyli silah satdığı halda, Ermənistana heç nə satmayıb. “Polonez”ə gəldikdə isə bu raket sistemləri hələ tam təkmilləşdirilməyib və hətta Belarus ordusunda da arsenala daxil edilməyib. Ona görə də Belarusun hansısa ölkəyə “Polonez” raketləri satması hələ ki mümkün deyil.

Nəzərə alaq ki, həmin raketlər Çin texnologiyası əsasında hazırlanır. Ola bilər ki, Belarusla Çin arasında bu məsələdə nəsə anlaşılmazlıq yaranıb. Eyni zamanda, Çinin “Polonez” raketlərinin xarici ölkələrə satılmasında müəyyən nəzarət imkanlarının olması da mümkündür.

Sual yaranır: “Əgər KTMT-nin “nüvə”si olan, həmçinin Ermənistanın ən yaxın müttəfiqi sayılan Rusiya Azərbaycana silah göndərirsə, o zaman “Polonez” raketlərini Azərbaycana satmağa Belarusa nə mane olur?”

Bu sualın birmənalı cavabı belədir ki, Belarus Azərbaycanla çox sərfəli “Polonez” anlaşmasından imtina etməyəcək və həmin raketlər yaxın müddətdə Azərbaycan Silahlı Qüvvələrinin ixtiyarında olacaq”.


Paylaş:


Müəllif : Tarix:
7-02-2018, 17:18
  


loading...
Загрузка...