reklam
» » Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

reklam

Türkiyə İraqa 5 milyard dollar kredit ayıracaq

Türkiyə İraqın yenidən bərpasına 5 milyard dollar kredit verəcək.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Küveytdə İraqın yenidən bərpası ilə bağlı keçirilən toplantıda bildirib.

“Bundan başqa, 50 milyard dollarlıq humanitar və inkişaf layihələrinə kredit ayıracağımızı vəd etdik”, – nazir qeyd edib.

O, İraqın şimalında Kandil dağında terrorçu PKK-ya qarşı Afrinə bənzər əməliyyatın edilməsinə dair suala belə cavab verib: “Olmalıdır. İraqın PKK, YPG və başqa terror qruplarından təmizlənməsinin əhəmiyyəti çox böyükdür. Bu məsələyə dair İraqla ilkin razılaşma əldə etmişik. İnşallah, İraqı onlardan təmizləyəcəyik. Kandillə yanaşı, Kərkük, Süleymaniyyə, Sincar da var. Terrorçular hər yerdən təmizlənməlidir. Onların olduğu yerdə əmin-amanlıq olmaz. Biz öz dağlarımızı, şəhərlərimizi terrorçulardan təmizlədiyimiz kimi, İraqı da onlardan təmizləyəcəyik. Suriyanın yenidən bərpasında da iştirak edəcəyik. Bizimlə əməkdaşlıq etmək istəyənlər Suriyanı bölmək istəyən terror qruplaşmalarına dəstəyi dayandırmalıdırlar”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İraqın bərpası üçün 1,5 milyard dollar məbləğində maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, fevralın 12-də Küveytdə İraqın yenidən bərpası ilə bağlı üçgünlük beynəlxalq konfrans işə başlayıb. Tədbirdə 70 dövlətin, Dünya Bankı, Avropa İttifaqı, BMT, humanitar və hüquq-mühafizə təşkilatlarının nümayəndələri iştirak edirlər.



Paylaş:


Müəllif : Tarix:
14-02-2018, 15:52
  
loading...