reklam
» » Azərbaycan dövlətinin xarici borcu açıqlandı

reklam

Azərbaycan dövlətinin xarici borcu açıqlandı

Bu il yanvarın 1-i tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.


Paylaş:


Müəllif : Tarix:
14-02-2018, 17:37
  
loading...