reklam
» » “Mercedes Benz” avtomobillərini geri çağırır

reklam

“Mercedes Benz” avtomobillərini geri çağırır

“Mercedes Benz” şirkəti 1500-ə yaxın avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2014-2015-ci illərdə Rusiyada satılmış “V-Klasse” və “VITO” modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.



Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 19:49
  


loading...
Загрузка...