reklam
» » Ukrayna Avstraliyada kosmodrom tikmək istəyir - Təklif var

reklam

Ukrayna Avstraliyada kosmodrom tikmək istəyir - Təklif var

Ukrayna dövlət kosmik agentliyi Avstraliyanın qərbində kosmodrom tikmək niyyətindədir. «The West Australian» nəşrinin yazdığına görə, bu barədə təklif hələ 2016-cı ildə daxil olub.
Ukraynanın Avstraliyadakı səfiri Nikolay Kuliniç bəyan ebib ki, ölkəsinin «qlobal komsik yarışmada böyük təcrübəsi var».
«Bu təklif çox realistikdir. Əgər meydança hazır olsa, Ukrayna günü sabah raket buraxa bilər. Əgər Avstraliyada torpaq sahəsi varsa, biz də öz adamlarımızı və özümüzün ekspert biliklərimizi təklif edirik» – deyə, səfir bildirib.
Kosmik agentliyin məlumatına görə, kosmodrom yaratmaq üçün 5-7 min kvadrat kilometr torpaq sahəsi gərəkdir. Sahənin Avstraliyanın qərbindəki Kertin aviabazasının yxınlığında olması arzuediləndir.
Nəşrin məlumatına görə, kosmodrom tikintisinin imkanlarının ilkin araşdırmaları göstərir ki, tikintini 500 min dollara başa çatdırmaq olar. Kuliniçin verdiyi məlumata görə, tikintinin iqtisadi məqsədəuyğunluduğunun qiymətləndirilməsi 2 il müddətinə hazırlana bilər.
Ukrayna dövlət kosmik agentliyinin fikrincə, kosmodrom Asiyada başlıca start meydançası ola və regional komersiya həmkarlarına kommersiya (Yaponiya, Sinqapur, Cənubi Koreya və İnoneziya) kosmik «atış» xidməti göstərə bilər.
Ekspertlərin fikrincə, Ukraya kosmosu – Sovet İttifaqı təcrübəsinin tam mirasıdır.



Paylaş:


Müəllif : Tarix:
12-03-2018, 20:00
  


loading...
Загрузка...