X
Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub » Regionxeberleri.com Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub » Regionxeberleri.com

reklam
» » Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

reklam

Azərbaycan və Aİ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda  Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 10 ildə Avropa İttifaqına 6 səfər edib, həmçinin Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri ölkəmizdə səfərdə olub”.

Avropa nümayəndə heyətinə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Ş.Mustafayev ölkə iqtisadiyyatının inkişaf etdiyini, maliyyə sabitliyini, qeyri-neft ixracının artdığını, ticarət balansının müsbət olduğunu diqqətə çatdırıb.

 Qeyd edilib ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji, nəqliyyat, ticarət və s. sahələrdə əməkdaşlıq uğurla inkişaf edir, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşlarındandır.

 
Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir və ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb.

 Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir.

İqtisadiyyat naziri bu ilin 5 iyun tarixində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun iş adamları arasında əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını qeyd edib.

 Şahin Mustafayev Azərbaycanın digər sahələrlə yanaşı, nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxın zamanlarda istifadəyə veriləcəyini diqqətə çatdıraraq, nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə geniş imkanlar açılacağını qeyd edib.

Vurğulanıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sahəsində Azərbaycanın imkanlarını daha da artırıb. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

 


Paylaş:


Müəllif : Tarix:
9-05-2018, 13:36
  


loading...