reklam
» » “Azərbaycan manatını yaxın zamanlarda təhlükə gözləmir” – Ekspert

reklam

“Azərbaycan manatını yaxın zamanlarda təhlükə gözləmir” – Ekspert

Qubad İbadoğlu: “İndi 1.7 manat 1 dollardırsa, sabah 1.5 manat da 1 dollar edə bilər”

“Neftin qiymətinin qalxması manatın taleyində müsbət rol oynayacaq”. Bunu “Yeni Müsavat”ın canlı yayımına qatılan Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu bildirib.

Q.İbadoğlunun sözlərinə görə, hazırda neftin qiymətinin qalxması müsbət hadisədir. Çünki bu artım Neft Fonduna daxilolmaların həcmini artırır, eyni zamanda fonddan dövlət büdcəsinə transferlərin vaxtında, lazimi səviyyədə maliyyələşdirilməsinə şərait yarasdır: “Bununla parallel, xarici ticarət balansının pozitiv saldosunu yaradır və tədiyyə balansının müsbət qalığını formalaşdırır. Bu iki amil Azərbacan manatının məzənnisinin sabit saxlanmasında mühüm iki faktordur. İndiki halda bu, müsbət olduğuna görə Azərbaycan manatının yaxın zamanlarda sabitliyi ilə bağlı təhlükələr gözlənilmir”.

Q.İbadoğlu eyni zamanda bildirib ki, hazırda Azərbaycan üçün neftin bir barelinin 80 dollara olması kifayət qədər yaxşı qiymətdir: “Bir barelin istehsal xərci 10-12 dollardır. Burada xarici şirkətlərlə birgə hasil etdiyimiz neftdən söhbət gedir. Bu gəlirin 70 faizi də bizə çatanda bu, az pul eləmir. Gündə 800 barel neft istehsal olunur, bunu 80 dollardan hesablayanda, 64 milyon dollar gündəlik neft hasilatından qazancdır. Bundan başqa, 52 milyon dollar mənfəət neftimizdir. Bunun 70 faizi Azərbaycana çatır. Azərbaycan gündə 35 milyon dollar bundan pul qazanır. Yerdə qalan, xarici şirkətlərin qazancı olan 17 milyon dolların 10 faizi, yəni 1.7 milyon dolları da Azərbaycana çatır. Bu isə gündə 40 milyon dollar, ayda 1.2 milyard dollar, ildə 10 milyard dollar vəsait deməkdir”.

İqtisadçı ekspertin sözlərinə görə, bu, manatın növbəti dəfə devalvasiyasının qarşısını alacaq: “Bu, manatın məzənnəsini nəinki sabit saxlaya, hətta möhlkəmlədə də bilərlər. Bunun üçün imkanlar var. İndi 1.7 manat 1 dollardırsa, sabah 1.5 manat da bir dollar edə bilər. Amma söhbət imkanlardan yox, siyasətdən gedir”.



Paylaş:


Müəllif : Tarix:
16-05-2018, 21:34
  


loading...
Загрузка...