X
Azərbaycanda “Ai-92” markalı benzin bahalaşa bilər - Deputat: “Bu, müvəqqəti olacaq” » Regionxeberleri.com Azərbaycanda “Ai-92” markalı benzin bahalaşa bilər - Deputat: “Bu, müvəqqəti olacaq” » Regionxeberleri.com

reklam
» » Azərbaycanda “Ai-92” markalı benzin bahalaşa bilər - Deputat: “Bu, müvəqqəti olacaq”

reklam

Azərbaycanda “Ai-92” markalı benzin bahalaşa bilər - Deputat: “Bu, müvəqqəti olacaq”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun oktyabr ayında əsaslı təmirə dayandırılacağını açıqlayıb.

Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş gələn ay imzalanacaq. D.Məmmədov bildirib ki, yay mövsümündə daxildə hansı həcmdə "Ai-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək.

SOCAR rəsmisinin bu açıqlaması ətrafında açılan müzakirələr cəmiyyətdə “Aİ-92” markalı benzinin bahalaşacağı haqda fikir formalaşdırıb.

Milli Məclisin İqtisadi siaysət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, zavodun fəaliyyətini dayandırması müvəqqəti xarakter daşıyır:

“Buna görə də narahat olmağa dəyməz. Təmirin müddəti işin gedişatından asılı olaraq, 30-35 gün və daha çox davam edə bilər. Maksimum 2 ay çəkəcək. Bu müddət ərzində ehtiyat benzindən istifadə olunacaq”.

Deputatın sözlərinə görə, “Aİ-92” markalı benzin hetiyatı kifayət etməzsə, xaricdən idxal olunacaq:

“Çox güman ki, ehtiyac yaranacağı təqdirdə Rusiyadan əlavə benzin idxal ediləcək. Düşünürəm ki, ciddi problem olmayacaq. Amma mümkündür ki, idxal olunduğu üçün benzinin qiymətində artım olsun. Yəqin ki, hökumət bağlayacağı müqaviləyə əsasən, bu məsələni də tənzimləyəcək. Ümumilikdə 2 ay müddətində benzinin qiymətinin bahalaşacağı istisna edilmir”.

V.Əhmədov deyib ki, bağlanacaq müqavilədə qiymətlər normal olarsa, benzinin qiymətinə təsir etməyəcək: “Yox əgər yüksək olacaqsa, bahalaşacaq”.

Deputat qeyd edib ki, idxal benzin qiymətlərə təsir edəcəyi təqdirdə, bu da müvəqqəti olacaq:

“Bahalaşma olacaq demirik, bahalaşma ola bilər. Əgər idxal benzinə ehtiyac yaranacaqsa. Amma bahalaşma olacaqsa belə, bu, müvəqqəti xarakter daşıyacaq. Neft Emalı Zavodunda təmir işləri başa çatdırılıb yenidən fəaliyyətə başlayanda, benzinin qiymətinin əvvəlki səviyyəyə gətiriləcək”


Paylaş:


Müəllif : Tarix:
1-06-2018, 09:59
  


loading...