reklam
» » Azərbaycanın xarici borcları açıqlandı

reklam

Azərbaycanın xarici borcları açıqlandı

Aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb.

Maliyyə Nazirliyindən verilən xəbərə görə, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 milyard dollar təşkil edib.

Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22%-i qədər olmaqla, adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir.

Martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları – 6%;

ABŞ dolları – 81%;

Avro – 9,4%;

Yapon yeni – 2,5%;

Digər valyutalar – 1,1%.

Cəlb edilmiş kreditlərin 46,5%-i sabit, 53,5%-i isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər müddətdə, 3,8%-i isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.

Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 milyon dollar vəsait istifadə edilib. Aprelin 1-nə dövlətin daxili borcu isə 1 069,9 milyon manat təşkil edib.


Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 16:51
  


loading...
Загрузка...