reklam
» » "Azərişıq" mənfəətlə işləməyə başlayıb

reklam

"Azərişıq" mənfəətlə işləməyə başlayıb

“Azərişıq” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2 055,11 mln. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,4% azdır.

2017-ci ildə səhmdar cəmiyyətin uzunmüddətli aktivləri 10,6% artaraq 1 806,212 mln. manata çatıb, qısamüddətli aktivləri isə 66,4% azalaraq 248,898 mln. manata düşüb.

Hesabat dövründə “Azərişığ”ın cəmi öhdəlikləri 53,6% azalaraq 461,951 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 60,45% azalaraq 322,399 mln. manat, qısamüddətli öhdəlikləri isə 22,9% azalaraq 139,552 mln. manat, cəmi kapitalı isə 15,6% artaraq 1 593,159 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 64,9% artaraq 1 460,634 mln. manat olub.

Ötən il səhmdar cəmiyyətin elektrik enerjisinin satışından gəliri 1 206,296 mln. manat (əvvəlki ilə nisbətən 25,8% çox), satışının maya dəyəri 1 065,926 mln. manat (20,3% çox), digər əməliyyat gəlirləri 14,295 mln. manat (11,4% az), kommersiya xərcləri 32,978 mln. manat (13,6% çox), inzibati xərcləri 20,983 mln. manat (73,7% çox), digər əməliyyat xərcləri 90,53 mln. manat (58,4% çox), sair gəlirləri 26,316 mln. manat (3,1 dəfə çox), maliyyə fəaliyyətindən gəliri 3,117 mln. manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 24,217 mln. manat (əvvəlki il mənfəət vergisi ödəyib) təşkil edib. Son nəticədə “Azərişıq” 2017-ci ili 63,823 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki şirkət 2016-cı ildən 25,636 mln. manat xalis zərərlə çıxmışdı.


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 16:11
  


loading...
Загрузка...