X
Qiymətlər qalxdı, ikinci əl kondisionerlərə tələbat artdı - Video » Regionxeberleri.com Qiymətlər qalxdı, ikinci əl kondisionerlərə tələbat artdı - Video » Regionxeberleri.com

reklam
» » Qiymətlər qalxdı, ikinci əl kondisionerlərə tələbat artdı - Video

reklam

Qiymətlər qalxdı, ikinci əl kondisionerlərə tələbat artdı - Video

Havaların isti keçməsi ikinci əl kondisionerlərə tələbatı artırıb. Tələbatın artması qiymətlərə də təsir edib. Satıcılar bildirir ki, həm bucihazların qiyməti, həm də ustaların xidmət haqqı bahalaşıb.

İkinci əl kondisioner bazarında canlanma var.

Son vaxtlar paytaxtda yeni kondisionerlərə nisbətən işlənmiş kondisionerlərin alıcıları çoxalıb. İsti yay günlərində bir qədər sərinləmək istəyənlər ikinci əl kondisioner mağazalarına üz tuturlar.


Satıcıların sözlərinə görə, ikinci əl kondisionerlər yeni kondisionerlərə nisbətən ucuz olduğundan bunlara daha çox üstünlük verilir. Tələbatın artması isə qiymətlərə də təsir edib.

Alıcılar isə işlənmiş olsa da, ikinci əl kondisionerlərdən məmnun qaldıqlarını deyirlər.

Satıcıların fikrincə, ikinci əl kondisionerlərin bu qədər sürətli satışı hələ bir müddət davam edəcək.






Paylaş:


Müəllif : Tarix:
8-07-2018, 23:33
  


loading...