reklam
» » Azərbaycandan İrana ilk sınaq qatarı yola düşdü

reklam

Azərbaycandan İrana ilk sınaq qatarı yola düşdü

Azərbaycandan iki ölkənin dəmir yolları şəbəkəsini birləşdirən Astara (Azərbaycan) – Astara (İran) dəmiryolu xətti üzərindən İrana ilk sınaq qatarı gedib. Tədbirdə hər iki şəhərin icra hakimiyyətinin başçıları, sərhəd zastavalarının rəhbərləri iştirak ediblər.
 
 Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər ki, dəmiryolu xəttinin rəsmi açılış mərasimi martın 6-da baş tutacaq.
 
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.


Paylaş:


Müəllif : Tarix:
3-03-2017, 20:56
  


loading...
Загрузка...