Əli Məsimli: İrana qarşı sanksiyalar Azərbaycana dolayı yolla təsir edə bilər » Regionxeberleri.com Əli Məsimli: İrana qarşı sanksiyalar Azərbaycana dolayı yolla təsir edə bilər » Regionxeberleri.com

reklam
» » Əli Məsimli: İrana qarşı sanksiyalar Azərbaycana dolayı yolla təsir edə bilər

reklam

Əli Məsimli: İrana qarşı sanksiyalar Azərbaycana dolayı yolla təsir edə bilər

ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi İranda rejimin dəyişdirilməsinə yönəldilmiş məlum siyasətin tərkib hissəsidir.

Bunu oxu.az-a açıqlamasında millət vəkili Əli Məsimli bildirib.

O qeyd edib ki, sanksiyalar İranın həyati əhəmiyyət kəsb edən sahələrinə tətbiq olunur:

“Polad, qızıl kimi strateji vacib metallarla bağlı sanksiyalar daha çox infrastruktura təsir edəcək. ABŞ-la ticarət əlaqələri zəifləyəcək. İranın ABŞ-a ixracında məşhur olan İran xalçalarının qərbə ixracatı zəifləyəcək”.

Əsas sanksiyaların üç aydan sonra - noyabrda başlayacağını deyən Ə.Məsimli bildirib ki, qadağalar İran üçün həyati əhəmiyyət kəsb edən energetika və neft sektorunu əhatə edəcək:

“Bu sanksiyalar bütövlükdə İran iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər. Sanksiyalardan sonra İranda neft hasilatının azalacağı ehtimal edilir. İranda neft hasilatı kəskin azalsa, bu, bir müddət neftin qiymətinə təsir göstərə bilər.

Bu sanksiyalar maliyyə-bank sektoruna ciddi zərbə vuracaq. Nəticədə, İran iqtisadiyyatı zəifləyəcək, dollara nisbətdə rial dəyərdən düşməkdə davam edəcək, ölkə daxilində narazılıq və sosial gərginlik artacaq.

Bu isə təkcə İranda yox, onun yerləşdiyi regionda gərginliyi artıracaq. Buna əks təsir göstərməyə qadir yeganə faktor - İranda unun illəri əhatə edən sanksiyalara münasibətdə immunitetin yaranması ola bilər ki, sanksiyaların təsirini azaldar”.

O ki qaldı sanksiyaların İran-Azərbaycan iqtisadi münasibətlərinə təsirinə, millət vəkilinin sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi Azərbaycana birbaşa yox, dolayı yolla təsir edə bilər:

“Bu il İranla ticarət dövriyyəsinin həcmi bir qədər  artıb. Bununla belə, Azərbaycanın İranla ticarət əlaqələri böyük deyil. Son 10 ildə iki ölkə arasında ticarət dövriyyəsinin orta illik həcmi  200-300 milyon dollar arasında olub.

Son illər Azərbaycanın xarici ticarət dövriyyəsində İranın payı 1,2 faiz, o cümldən idxalda payı 2 faiz, ixracda 0,5 faiz olub. Bundan sonra da sanksiyalar altında olan İrandan daha fəal iqtisadi fəaliyyət gözləmək olmaz.

Bununla belə, sanksiyalar şəraitində də Azərbaycan-İran əlaqələri mümkün istiqamətlərdə inkişaf edəcək. Məsələn, energetika və nəqliyyat sahələrində Azərbaycan-İran layihələrinin yaxşı potensialı var. Şimal- cənub nəqliyyat dəhlizi, maşınqayırma və sair sahələrdə əməkdaşlıq davam edəcək”.


Paylaş:


Müəllif : Tarix:
9-08-2018, 16:03
  


loading...