reklam
» » Türkiyədə dollar satışı dayandırılıb

reklam

Türkiyədə dollar satışı dayandırılıb

Bu gün Türkiyənin yeni tarixində görünməmiş valyuta təlatümü ilə yadda qaldı. Günə 5,55 TL məzənnəsi ilə başlayan ABŞ dolları artıq ilk saatlarda birjalarda əsl təşvişə səbəb olub. Cəmi bir neçə saat ərzində dollar 6 TL səviyyəsini keçib.

 Maraqlıdır ki, ölkənin maliyyə naziri Berat Albayrakın Türkiyənin yeni iqtisadi modelini təqdim etdiyi dəqiqələrdə birjada ABŞ valyutası tarixi rekorda imza atıb – 6,83 TL. Daha sonra Amerika dolları bir qədər geriləyib və hazırda 6,41 TL səviyyəsindədir.

Qeyd edək ki, axşam saatlarından isə dollar satışı dayandırılıb.


Paylaş:


Müəllif : Tarix:
10-08-2018, 22:17
  


loading...
Загрузка...