Səudiyyə neftdən asılılığını azaldır
Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondu 5% paya sahib olduğu “Tesla” şirkətinə irimiqyaslı sərmayə yatırmağa hazırlaşır və bunun üçün şirkətin nümayəndələrilə danışıqlara başlayıb.
Bu barədə “Bloomberg” Fonddakı etibarlı mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, bundan əvvəl Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondunun şirkətdə sahib olduğu səhm paketinin artırlıması barədə “Tesla”nın təsisçisi İlon Maskla apardığı danışıqlar uğursuz olub. Çünki o, Fondun təklifindən imtina edib. Lakin indi “Tesla”nın səhmdarları Maskı məhkəməyə verdiyi bir zamanda Fond yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlib.
Səudiyyənin Dövlət İnvestisiya Fondundan onu da bildiriblər ki, hələ “Tesla”ya konkret təkliflər verməyiblər. Amma danışıqlar davam edir. “Bloomberg” qeyd edir ki, danışıqlar müsbət yekunlaşsa Səudiyyə Ərəbistanı “Tesla”ya 82 milyard dollarlıq investisiya qoyacaq və bununla da, şirkətdəki 5 faizlik payını əhəmiyyətli dərəcədə artıracaq.
O da vurğulanır ki, Fond “Tesla”da səhmlərini artırmaqda qərarlıdır və bu işə strateji məsələ kimi yanaşır. Çünki dünyanın ən iri neft istehsalçısı olan Səudiyyə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa və dövlət gəlirlərinin diversifikasiyasına çalışır.
Qed edək ki, elektrotexnika və fizika üzrə tanınmış alim Nikola Teslanın şərəfinə adlandırılan Amerikanın “Tesla” şirkəti elektromobillərin (elektrik enerjisi ilə işləyən avtomobillər) istehsalı və günəş enerjisi üzrə ixtisaslaşıb.
Paylaş:
Müəllif : Yazar2
Tarix:13-08-2018, 13:36
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar2
Tarix:13-08-2018, 13:36

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:17
Dünən, 14:19
Dünən, 13:08
Dünən, 11:56
Dünən, 00:55
Dünən, 00:17

“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?” - QALMAQAL

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT
Saytı bəyənirsinizmi?