reklam
» » 2 həftədə Türkiyədən 360 milyon dollar çıxartdılar

reklam

2 həftədə Türkiyədən 360 milyon dollar çıxartdılar

Son iki həftə ərzində xarici investorlar Türkiyənin təkcə qiymətli kağızlar bazarından 360 milyon dollara yaxın vəsait çıxarıblar.

Fed.az Türkiyə Mərkəzi Bankına istinadən xəbər verir ki, avqustun əvvəlindən 17-dək ötən həftə xarici investorlar 111,9 milyon dollarlıq səhm, 168 milyon dollarlıq dövlət istiqrazları və türk şirkətlərinin 82 milyon dollarlıq istiqrazlarını satıblar.

Bayramdan sonrakı günlərdə isə xaricilər 7,3 milyon dollarlıq dövlət istiqrazı və 22,6 milyon dollarlıq şirkət istiqrazı satıblar.

Hazırda xarici investorların Türkiyədə 25 milyard 210,3 milyon dollarlıq səhmə, 13 milyard 940,7 milyon dollarlıq dövlət istiqrazına, eləcə də

566,8 milyon dollarlıq korporativ istiqraza sahibdirlər.


Paylaş:


Müəllif : Tarix:
1-09-2018, 12:59
  


loading...
Загрузка...