reklam
» » KTMT yenə İrəvanı vurdu: Bu gücdən istifadə...

reklam

KTMT yenə İrəvanı vurdu: Bu gücdən istifadə...

İrəvan tərəfindən KTMT-yə heç bir müraciət daxil olmayıb.

Bunu “Rossiya seqodnya” agentliyi tərəfindən təşkil edilən telekörpüdə çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Anatoli Sidorov deyib.

“Hazırda konflikt tərəfləri yaranan situasiyanın öhdəsindən özləri gəlməyə çalışır. Baş verən hadisələrlə bağlı KTMT-yə Ermənistandan heç bir müraciət daxil olmayıb. Belə şəraitdə KTMT-nin güc potensialı tətbiq edilə bilməz” – deyə o bildirib.

O həmçinin konflikt tərəflərinin özlərinin sülh yolu ilə hansısa qərar tapacaqlarına ümid etdiyini söyləyib.

Qeyd edək ki, Ermənistan son bir neçə gündür Azərbaycanı guya Ermənistanla sərhəddə yerləşən yaşayış bölgələrini atəşə tutmaqda ittiham edib. Azərbaycan tərəfi İrəvanın yaydığı məlumatları təkzib edib, əksinə erməni tərəfinin atəşkəsi pozduğunu və cavab atəşi ilə susdurulduğunu bildirib.


Paylaş:


Müəllif : Tarix:
20-09-2018, 15:05
  


loading...
Загрузка...