reklam
» » Bu üç bank yerində sayır... - SİYAHI

reklam

Bu üç bank yerində sayır... - SİYAHI

Azərbaycanda hazırda 30 bank fəaliyyət göstərir. Bu banklardan bir neçəsi 2015-ci ildən (devalvasiyadan sonra) bu günə qədər filial şəbəkəsini artırmayıb.
Regionxeberleri.com "Kommersant.az"-a istinadən xəbər verir ki, bu banklar, "Expressbank", "NBC Bank" və "AFB Bank"-dır.

"Expressbank"
Sözügedən bank 2015-ci ildən hazırki dövrə qədər 16 filialı ilə müştərilərinə xidmət göstərir. Bank 2018-ci ilin ikinci rübü üzrə göstəricilərinə əsasən 992 min manat mənfəət əldə edib.

"NBC Bank"
Bank 2015-ci ildən bu günə qədər 11 filial şəbəkəsi ilə fəaliyyətdədir. "NBC Bank" cari ilin ilk yarısını 1 milyon 872 min manat xalis mənfəətlə başa vurub.

"AFB Bank"
"Gilan" MMC-nin bankı 2015-ci ildən 10 filial şəbəkəsi ilə fəaliyyət göstərməkdədir. Bank 2018-ci ilin ikinci rübündə 5 milyon 330 min manat xalis mənfəət əldə edib


Paylaş:


Müəllif : Tarix:
21-09-2018, 11:18
  


loading...
Загрузка...