reklam
» » Balıq ovuna görə dövlət rüsumları açıqlandı

reklam

Balıq ovuna görə dövlət rüsumları açıqlandı

Kvota və balıqovlama biletinin qiymətləri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri ödənişlidir.

Bir ton balıq ovuna icazə alınması üçün kütüm, şamayı, xəşəm, xərçəngkimilər üçün 287, çəki, sıf - 230, siyənək üçün 143,75, kilkə üçün 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manat ödəniş edilir.

Хarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir. Kvota və balıqovlama bileti nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.

Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli, 613 nömrəli qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində 205,1, ümumilikdə 3660 ton həcmində müxtəlif növ balıqların ovlanmasına icazə verilib.


Paylaş:


Müəllif : Tarix:
2-10-2018, 17:42
  


loading...
Загрузка...