reklam
» » Noyabrda büdcə müzakirələri başlayır

reklam

Noyabrda büdcə müzakirələri başlayır

2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin Milli Məclisin (MM) iclaslarında müzakirə ediləcəyi vaxt  bir daha dəqiqləşib.

Büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, “ 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri noyabrın 1-dən 8-dək parlamentin komitələrində müzakirə ediləcək.

Daha sonra isə büdcə zərfinə daxil olan MM-in noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Büdcə zərfi barədə millət vəkillərini maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.

Beləliklə, 2019-cu ilin dövlət büdcəsi MM-in 5 plenar iclasında müzakirə olunacaq.

Büdcədə həmçinin artımların olacağı gözlənilir.

Bunu isə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən bildiriblər.

Qeyd edilib ki, hər il olduğu kimi, 2019-cu ilin büdcəsində də artımlar olacaq, ancaq artımlar nə qədər olacaq, o, yaxın günlərdə dəqiq bilinəcək.


Paylaş:


Müəllif : Tarix:
21-10-2018, 22:38
  


loading...
Загрузка...