reklam
» » AZAL Küveytə müntəzəm uçuşlara başlayır

reklam

AZAL Küveytə müntəzəm uçuşlara başlayır

Dekabrın 22-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Regionxeberleri.com bildirir ki, "Report" aviaşirkətə istinadən xəbər verir ki, J2-119/J2-120 reysləri həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından reallaşdırılacaq.

Qeyd edək ki, AZAL indiyə qədər Küveyt istiqaməti üzrə uçuşları çarter proqramı əsasında yerinə yetirirdi.


Paylaş:


Müəllif : Tarix:
19-11-2018, 12:46
  


loading...
Загрузка...