reklam
» » Tanınmış bank “Garant holding”in baş ofisini əlindən aldı - 30 milyonluq KREDİT BORCU

reklam

Tanınmış bank “Garant holding”in baş ofisini əlindən aldı - 30 milyonluq KREDİT BORCU

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus "Garant Holding"in baş ofisinin yerləşdiyi bina holdinqin əlindən alınıb.

Regionxeberleri.com bildirir ki, bu barədə Mediafax.Az-a məlumatlı mənbə bildirib.

Mənbənin iddiasına görə, Baki şəhəri, Sarabski küçəsi 657 ünvanında yerləşən binanı "Paşabank" "girov götürüb". Buna səbəb isə nazir oğlunun holdinqinin banka külli miqdarda kredit borcunun olmasıdır.

Fakt barədə mediafax.az-a danışan mənbə bildirir ki, "Garant Holding"in "Paşabank"a nə az, nə çox - təxminən 30 milyon civarında borcu var. Bu məbləğin manatla yoxsa dollarla olduğu məlumatda bildirilməsə də, istənilən halda böyük məbləğdən söhbət gedir.

Mənbə qeyd edir ki, son illərdə "Garant Holding"ə daxil olan şirkətlər tənəzzül yaşayır və artıq iflas həddindədir. Bu haqda da kifayət qədər faktlar var və həmin faktları mətbuata çıxarmağa hazırdır.


Paylaş:


Müəllif : Tarix:
16-01-2017, 15:09
  


loading...
Загрузка...