reklam
» » "Azərsun"dan ərzaqların ucuzlaşması ilə bağlı rəsmi açıqlama

reklam

"Azərsun"dan ərzaqların ucuzlaşması ilə bağlı rəsmi açıqlama

Fevraldan başlayaraq dolların məzənnə qiymətinin geriləyərək sabitləşməsi aprel ayından başlayaraq qiymətlərin də aşağı düşməsi ərzaq məhsullarının qiymətinə öz təsirini göstərirmi? Bunu müəyyən etmək üçün Azərbaycanın ərzaq bazarında böyük pay sahibi olan "Azərsun" holdinqin öz məhsullarının qiymətində hər hansı bir endirimlər edib etmədiyini araşdırdıq.
 
"Azərsun" holdinqin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afiq Səfərovun açıqlamasında şirkətin ərzaq məhsullarının qiymətlərinin ucuzlaşdırılması üzərində proseslərə başladığını hətta bəzi məhsullarda endirimlərin edildiyini bildirib.
 
"Manatın dollara nisbətdə bahalaşması bizim məhsulların qiymətində özünü göstərir. Biz yağların qiymətini aşağı salmışıq. 10% endirim edilib. Bizim son alışlarımız manatın 1.55 AZN kursuna hesablanmış alışlarla həyata keçirilib. Hazırda manatın stabilləşməsi məhsulların qiymətinə öz təsirini göstərəcək. Digər məhsulların qiymətində də ucuzlaşdırma prosesi gedir. Hazır ki, kurs demək olmaz ki, manatın məzənnəsini tam olaraq aşağı salıb. Xatırlayırsızsa məzənnə 1.55 AZN-dən sıçrayışla 1.95 AZN-ə qədər qalxdı. Bizim son qiymət tənzimləməmiz 1.55 AZN olduğu hədd üçün nəzərdə tutulmuşdu. Son olaraq bu stabilləşmə ilə bizim zərərimizin miqdarı azalıb. Məhsulların qiymətinin neçə faiz endiriləcəyini isə bazar tənzimləyəcək. Manatın sabitləşməsi hazırda yalnız şirkətin zərərini azaldır hələ ki, gəlirə keçim olmayıb".
 
Onu da qeyd edək ki, bundan başqa Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq" MMC "Karmen" və "Yeganə" unlarının qiymətini aşağı salıb.
 
Holdinqdən "APA-Economics"ə verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7 - 1 manat ucuzlaşıb.
 
"Marja”nın araşdrımasına görə, marketlərdə  çay, kofe, tomat, duru yağ, şkolad və s. kimi bir sıra idxal məhsullarının qiymətlərinin aşağı salındığı müşahidə olunur. Məsələn, "Tess” çayının qiyməti 2.07 manatdan 1.55 manata endirilib
 
Qeyd edək ki, fevral və mart ayında manat dollar qarşısında təxminən 10% möhkəmlənib.Fevraldan başlayaraq dolların məzənnə qiymətinin geriləyərək sabitləşməsi aprel ayından başlayaraq qiymətlərin də aşağı düşməsi ərzaq məhsullarının qiymətinə öz təsirini göstərirmi? Bunu müəyyən etmək üçün Azərbaycanın ərzaq bazarında böyük pay sahibi olan "Azərsun" holdinqin öz məhsullarının qiymətində hər hansı bir endirimlər edib etmədiyini araşdırdıq.
 
"Azərsun" holdinqin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afiq Səfərovun BAKU.WS-ə açıqlamasında şirkətin ərzaq məhsullarının qiymətlərinin ucuzlaşdırılması üzərində proseslərə başladığını hətta bəzi məhsullarda endirimlərin edildiyini bildirib.
 
"Manatın dollara nisbətdə bahalaşması bizim məhsulların qiymətində özünü göstərir. Biz yağların qiymətini aşağı salmışıq. 10% endirim edilib. Bizim son alışlarımız manatın 1.55 AZN kursuna hesablanmış alışlarla həyata keçirilib. Hazırda manatın stabilləşməsi məhsulların qiymətinə öz təsirini göstərəcək. Digər məhsulların qiymətində də ucuzlaşdırma prosesi gedir. Hazır ki, kurs demək olmaz ki, manatın məzənnəsini tam olaraq aşağı salıb. Xatırlayırsızsa məzənnə 1.55 AZN-dən sıçrayışla 1.95 AZN-ə qədər qalxdı. Bizim son qiymət tənzimləməmiz 1.55 AZN olduğu hədd üçün nəzərdə tutulmuşdu. Son olaraq bu stabilləşmə ilə bizim zərərimizin miqdarı azalıb. Məhsulların qiymətinin neçə faiz endiriləcəyini isə bazar tənzimləyəcək. Manatın sabitləşməsi hazırda yalnız şirkətin zərərini azaldır hələ ki, gəlirə keçim olmayıb".
 
Onu da qeyd edək ki, bundan başqa Azərbaycanda ən iri un istehsalçısı olan "Karat Holdinq" MMC "Karmen" və "Yeganə" unlarının qiymətini aşağı salıb.
 
Holdinqdən "APA-Economics"ə verilən məlumata görə, son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7 - 1 manat ucuzlaşıb.
 
"Marja”nın araşdrımasına görə, marketlərdə  çay, kofe, tomat, duru yağ, şkolad və s. kimi bir sıra idxal məhsullarının qiymətlərinin aşağı salındığı müşahidə olunur. Məsələn, "Tess” çayının qiyməti 2.07 manatdan 1.55 manata endirilib
 
Qeyd edək ki, fevral və mart ayında manat dollar qarşısında təxminən 10% möhkəmlənib.


Paylaş:


Müəllif : Tarix:
6-04-2017, 13:06
  


loading...
Загрузка...