reklam
» » Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb

reklam

Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb

Moskva Banklararası Valyuta Birjasında bu gün aparılan əməliyyatlar zamanı ABŞ dollarının Rusiya rubluna qaqşı məzənnəsi bu ilin əvvəlindən ən aşağı həddə düşüb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, məzənnə 55,78 rubl/dollar həddinə enib, avronun məzənnəsi isə 7 qəpiklik bahalaşmadan sonra 60,64 rubla yüksəlib.

Xatırladaq ki, bundan əvvəl Rusiyada Amerika valyutasının məzənnəsi ilə bağlı 2017-ci ilin minimumu aprelin 5-də qeydə alınıb (55,8 rubl/dollar). Sonuncu dəfə Rusiyada dolları bu qiymətə 2015-ci il iyulin 3-də (55,4 rubl/dollar) almaq mümkün olub. Qeyd edək ki, London əmtəə birjasında “Brent” markalı neftin qiyməti iyun ayı üçün bağlanmış müqavilələr üzrə 0,95% artaraq 52,46 dollar/barelə çatıb.




Paylaş:


Müəllif : Tarix:
24-04-2017, 15:41
  


loading...
Загрузка...