» » Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? – FOTO

Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? – FOTO

Hazırda Azərbaycanda tədavüldə olan milli valyutanın – manatın üzərində ölkənin əsas bankının adı iki cür yazılıb - “Milli Bank” və “Mərkəzi Bank” kimi.

Regionxeberleri.com Oxu.Az - a istinadən xəbər verir ki, 18 mart 2009-cu il tarixində keçirilmiş ümumxalq referendumunun nəticəsinə əsasən, Milli Bankın adı Mərkəzi Banka dəyişdirilib.

Aradan 8 il keçməsinə baxmayaraq bəzi pulların, xüsusən də iri nominallı manatın üzərindəki “Milli Bankı” yazısı hələ də dəyişdirilməyib.

Bu qanunla nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Deputat deyib ki, əsas bankın adının dəyişdirilməsindən sonra milli valyutada da bu dəyişiklik əks olunmalıydı:

“Bunun üçün sifarişlərin edilməsi müəyyən vaxt tələb edir. Ola bilsin ki, pulların üzərindəki “Milli Bank” yazısının dəyişdirilməməsi bununla əlaqədardır.

Qanunla pul-kredit siyasətində siyahıdakı təşkilat “Azərbaycan Respublikasının Mərkəzi Bankı”dır. Ona görə də, milli valyutanın üzərindəki Milli Bank yazısı dəyişdirilməlidir”.

Vahid Əhmədov bildirib ki, növbəti sifariş zamanı yəqin ki, bu nəzərə alınacaq.

Sual yaranır. Bəs Azərbaycan Mərkəzi Bankı (AMB) üzərində “Milli Bank” sözü yazılmış əskinasları nə zaman dövriyyədən çıxaracaq?

 


Paylaş:


Müəllif : Tarix:
9-01-2017, 16:27
  
loading...