X
Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır – CƏDVƏL » Regionxeberleri.com Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır – CƏDVƏL » Regionxeberleri.com

reklam
» » Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır – CƏDVƏL

reklam

Azərbaycanda ən aşağı kredit faizi Naxçıvandadır – CƏDVƏL

Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib.”Report” bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verir.
Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.
Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.

Regionların adıOrta faiz dərəcəsi
Aran iqtisadi rayonu22,2
Dağlıq Şirvan iqtisadi rayonu21,8
Şəki-Zaqatala iqtisadi rayonu21,6
Lənkəran iqtisadi rayonu21,5
Quba-Xaçmaz iqtisadi rayonu19,2
Gəncə-Qazax iqtisadi rayonu19,1
Yuxarı Qarabağ iqtisadi rayonu17,4
Abşeron iqtisadi rayonu15,9
Kəlbəcər-Laçın iqtisadi rayonu12,2
Naxçıvan iqtisadi rayonu9
Bakı şəhəri9,1
Azərbaycan10,6


Paylaş:


Müəllif : Tarix:
16-05-2017, 14:37
  


loading...